Menyu

İranda ard-arda zəlzələlər baş verib

Operativ Media
İranda ard-arda zəlzələlər baş verib

​İranın müxtəlif bölgələrində, o cümlədən Hörmüzqan və Xuzistan vilayətlərində müxtəlif gücdə zəlzələlər qeydə alınıb.

Operativ Media xəbər verir ki, yerli "Fars" agentliyinin yaydığı məlumata görə, ilkin olaraq Hörmüzqan vilayətində 3,7 maqnitudalı yeraltı təkan qeydə alınıb.

​Daha sonra Xuzistan vilayətinin Salend bölgəsində 5,0 maqnitudalı növbəti zəlzələ baş verib. Bu təkanlar regionun Andimeşk, Şuş və Əhvaz kimi bir çox şəhərlərində də hiss olunub.

​Məlumata görə, güclü zəlzələdən bir qədər sonra Salend ərazisində 4,0 maqnitudalı yeraltı avterşok da qeydə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər