14,8 milyon dollarlıq tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib
Operativ Media
Bu ilin yanvar-aprel ayları ərzində ölkədən 14,8 milyon ABŞ dolları dəyərində 8,6 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 22,1 faiz, həcmi isə 8,1 faiz artıb.
Cari ilin ilk dörd ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,32 faizə bərabər olub.