Mərkəzi Asiya ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb
Operativ Media
Bu ilin yanvar-mart aylarında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 46,3 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çoxdur.
Dövlət Turizm Agentliyindən Operativ Media-ya verilən məlumata əsasən, təkcə cari ilin mart ayında qeyd edilən regiondan gələnlərin sayı 16,7 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin mart ayına nisbətdə 14 faiz, cari ilin fevral ayına nisbətdə isə 11,8 faiz çoxdur.