Menyu

Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirilib

Şəfa Hüseynli
Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları arasında hərbi beşnövçülük üzrə birincilik keçirilib.

Birincilikdə qoşun (qüvvə) növləri, xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən idmançılar fərdi və komanda birinciliyi uğrunda 11 yığma komanda tərkibində mübarizə aparıblar.

İştirakçılar 8 kilometr məsafəyə qaçış, maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atış, qumbaraatma və maneələrlə üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

Gərgin mübarizə şəraitində keçən yarışların nəticələrinə əsasən, "Xüsusi Təyinatlı Qüvvələr", "Hərbi Hava Qüvvələri" və "Hərbi Dəniz Qüvvələri" komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Yekunda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, birinciliyin məqsədi hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların müəyyən edilməsidir.

Fotogalereya

Əlaqəli Xəbərlər