19 aprel tarixində keçirilmiş imtahanların nəticələri elan olunub
Şəfa Hüseynli
2025/2026-cı tədris ili üçün ümumtəhsil müəssisələrinin məzunları üçün 19 aprel 2026-cı il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, iştirakçılar imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrə"sini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Həmçinin, nəticələri DİM-in saytından əldə etmək mümkündür.