Şöbə müdiri: Türkiyə-Azərbaycan Universitetində hazırda ümumilikdə 174 tələbə təhsil alır
Şəfa Hüseynli
Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda ümumilikdə 174 tələbə təhsil alır.
Operativ Media xəbər verir ki, bunu TAU-nun Tədris şöbəsinin müdiri Günel Teymurova deyib.
O bildirib ki, cari tədris ili üzrə universitetə qəbul olunan tələbələrin sayı 92 nəfər, ötən il qəbul olunan tələbələrin sayı isə 82 nəfər olub.
"Kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674,3, sənaye mühəndisliyi ixtisasında 654,4, qida mühəndisliyi ixtisasında isə 553,6 olub" - o, qeyd edib.