Paşinyan: "Sülhün möhkəmləndirilməsi üçün Azərbaycanla sıx əməkdaşlıq edirik"
Operativ Media
"Artıq Azərbaycanla aramızda sülh bərqərar olub. Son illərdə tərəflər arasında görünməmiş bir sabitlik dövrü hökm sürür".
Operativ Media xəbər verir ki, bu sözləri İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Hazırda biz sülhün hər iki ölkədə daha da möhkəmləndirilməsi və institusionallaşdırılması istiqamətində Azərbaycanla sıx əməkdaşlıq edirik", - Paşinyan qeyd edib.