Menyu

ABŞ Almaniyada uzaqmənzilli raketlərin yerləşdirilməsi planını yenidən nəzərdən keçirir

Operativ Media
ABŞ Almaniyada uzaqmənzilli raketlərin yerləşdirilməsi planını yenidən nəzərdən keçirir

ABŞ administrasiyası Almaniyada uzaqmənzilli silahların, o cümlədən "Tomahawk" raketləri ilə təchiz edilmiş batalyonun yerləşdirilməsi barədə qərarı ləğv etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Pentaqondakı mənbəsinə istinadən məlumat yayıb.

Berlindəki "Edina" analitik mərkəzinin direktoru Kristian Möllinq raketlərin yerləşdirilməsindən mümkün imtinanı şərh edərək, bu addımı ABŞ hərbi kontingentinin ixtisarından daha ciddi problem adlandırıb. Ekspert nəşrə bildirib ki, hərbçilərin çıxarılmasını kompensasiya etmək mümkün olsa da, uzaqmənzilli raketlər sahəsində geriləmə mövcuddur. O, həmçinin qeyd edib ki, bu cür addımlar ABŞ-nin NATO ölkələrini müdafiə etməyə hazır olmasını şübhə altına qoyur.

ABŞ və Almaniya 2025-ci ilin iyulunda "Tomahawk" və digər uzaqmənzilli silahların yerləşdirilməsi planlarını elan etmişdilər. Bu prosesin 2027-ci ilə qədər yekunlaşması nəzərdə tutulurdu. Raketlərin yerləşdirilməsi barədə razılaşma Donald Trampın sələfi Co Baydenin administrasiyası dövründə əldə olunmuşdu.

Bundan əvvəl Tramp ABŞ hərbçilərinin bir hissəsinin Almaniyadan çıxarılacağını bəyan edib. Bu qərar Almaniya kansleri Fridrix Mertsin ABŞ-nin İrana qarşı hərbi kampaniyasını tənqid etməsindən sonra verilib. Bundan sonra Tramp Mertsi guya "İranın nüvə silahına sahib olmasını məqbul hesab etməkdə" ittiham edib.

Əlaqəli Xəbərlər