Menyu

Müctəba Xamanei İranın yeni strateji hədəflərini açıqlayıb

Operativ Media
Müctəba Xamanei İranın yeni strateji hədəflərini açıqlayıb

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamanei İranın Hörmüz boğazı və Bəsrə körfəzi regionu ilə bağlı yeni strateji hədəflərini açıqlayıb. 

Operativ Media xəbər verir ki, bu barədə Xamaneinin "X" hesabında paylaşım edilib.

Onun sözlərinə görə, rəsmi Tehran bu strateji su yolu üzərində yeni idarəetmə qaydalarını tətbiq etməklə bölgənin təhlükəsizliyini təmin etməyi və kənar qüvvələrin bu yoldan sui-istifadə etməsinin qarşısını almağı planlaşdırır.

Yeni hüquqi tənzimləmələrin regiondakı bütün dövlətlərin iqtisadi maraqlarına və ümumi rifahına xidmət edəcəyi bildirilir.

Eyni zamanda, regiondakı gərginliyin əsas səbəbi kimi ABŞ-ın hərbi varlığı və bölgədəki bazaları göstərilib. 

Qeyd olunub ki, bu hərbi bazalar nəinki regionun, hətta özlərinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Buna görə də, bölgə ölkələrinin təhlükəsizlik məsələsində kənar qüvvələrə ümid bəsləməsinin səmərəsiz olduğu vurğulanıb.

İran tərəfi Fars körfəzinin gələcəyini xarici müdaxilələrdən uzaq, qonşu xalqların birgə əməkdaşlığı və rifahı üzərində qurulmuş bir dövr kimi görür. 

İranın qonşu dövlətlərlə ortaq taleyə sahib olduqlarını bildirən Xamanei minlərlə kilometr uzaqdan gələrək bölgədə sabitliyi pozmağa çalışan qüvvələrə qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini bəyan edib.

Əlaqəli Xəbərlər