Qazaxıstanda azərbaycanlı tələbələr üçün təqaüd imkanı elan edilib
Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edilir.
Operativ Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Təqaüd proqramı “Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir.
Proqram çərçivəsində Azərbaycan vətəndaşlarına Qazaxıstanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradılır.
Təqaüd proqramına müraciət üçün son tarix 22 may 2026-cı il müəyyən edilib.
Ətraflı məlumat üçün linkdən keçid edə bilərsiz.