Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb - YENİLƏNİB
Operativ Media
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin İtaliya Respublikasındakı səfirliyini ziyarət edib.
Daha sonra general-polkovnik Zakir Həsənov italiyalı həmkarı cənab Quido Krosetto ilə görüşüb.
Protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər və perspektivləri müzakirə olunub.
Görüşdə, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
20:44
Operativ Media xəbər verir ki, bu barədə məlumat İtaliyanın Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Azərbaycanın Avrasiya regionunda rolu fundamental xarakter daşıyır və ölkə İtaliya üçün əsas müttəfiq, eləcə də enerji sektorunda strateji tərəfdaşdır", - məlumatda qeyd olunub.
Qvido Krozetto İran dronlarının Naxçıvana hücumunu qınadığını xatırladıb:
"Eyni zamanda Bakının gərginliklərin idarə olunmasında nümayiş etdirdiyi təmkin və məsuliyyət hissini təqdir etdiyimi vurğuladım".
Qeyd edək ki, nazirlər söbət zamanı ikitərəfli əməkdaşlıq, xüsusən də Silahlı Qüvvələr arasında tədris və təlim fəaliyyətlərini müzakirə ediblər. Müdafiə sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bundan əlavə, əməkdaşlıq sahələrini genişləndirmək üçün gələcək danışıqları təşviq etməyə ortaq hazırlıq təsdiqlənib. "Həmçinin, davam edən münaqişələrin regional təhlükəsizliyə təsirləri fonunda Yaxın Şərq və Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasının vacibliyi barədə ümumi fikir bölüşülüb", - Krozetto qeyd edib.