Menyu

DİM sədri: Yeni imtahan modeli tədris prosesini daha məqsədyönlü planlaşdırmağa imkan yaradacaq

Operativ Media
DİM sədri: Yeni imtahan modeli tədris prosesini daha məqsədyönlü planlaşdırmağa imkan yaradacaq

Xarici dil fənləri üzrə 2027-ci ildə tətbiqi nəzərdə tutulan imtahan modelində yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir.

Operativ Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə deyib.

M.Abbaszadə yeni imtahan modelinin müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacağını vurğulayıb: "Qiymətləndirmə alətləri CEFR standartlarına uyğunlaşdırılıb".

Əlaqəli Xəbərlər