Menyu

Nazir müavini: Yeni peşə təhsil mərkəzləri yaradılacaq

Əsəd Abbaslı
Nazir müavini: Yeni peşə təhsil mərkəzləri yaradılacaq

Növbəti 4 ildə 21 yeni peşə təhsili mərkəzi tikiləcək.

Operativ Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən infotur zamanı jurnalistlərə açıqlamasında deyib.

“2 peşə təhsil müəssisəsi isə əsaslı şəkildə təmir olunacaq. Bu, peşə təhsili üçün böyük transformasiya nöqtəsidir. Ümid edirik ki, 2030-cu ilədək ölkənin hər iqtisadi rayonunda azı 2 belə məktəb görəcəyik”, - nazir müavini vurğulayıb.

Əlaqəli Xəbərlər