Menyu

Gürcüstanda azərbaycanlı gənci qətlə yetirən keçmiş məhkum saxlanılıb

Şəfa Hüseynli
Gürcüstanda azərbaycanlı gənci qətlə yetirən keçmiş məhkum saxlanılıb

Ötən gün Gürcüstanın Marneuli rayonunda Ümid Bayramovu qətlə yetirməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 2004-cü il təvəllüdlü şəxs saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma zamanı məlum olub ki, aprelin 2-də Marneulidə keçmişdə baş vermiş narazılıq zəminində mübahisə zamanı təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü  Ümid Bayramovu boğazından soyuq silahla bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən ölüb.

İstintaq Cinayət Məcəlləsinin 15 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan 108-ci maddəsi ilə aparılır.

Əlaqəli Xəbərlər