"Google Maps" səyahət və planlama funksiyalarını genişləndirib
“Google” Google Maps xəritə xidmətinə Gemini süni intellekt texnologiyası əsasında işləyən “Ask Maps” adlı yeni funksiya əlavə edir.
Operativ Media xəbər verir ki, yenilik vasitəsilə istifadəçilər yalnız marşrut deyil, daha mürəkkəb suallar da verə biləcəklər.
Nəticələr istifadəçinin əvvəlki axtarışları və saxlanılmış marşrutlarına əsasən fərdiləşdiriləcək.
Şirkətin məlumatına görə, “Ask Maps” funksiyası ilkin mərhələdə ABŞ və Hindistanda Android və iOS cihazlarında istifadəyə verilir, masaüstü versiyası isə yaxın zamanda təqdim olunacaq.
Qeyd edək ki, aylıq 2 milyarddan çox istifadəçisi olan “Google Maps” dünyanın ən populyar naviqasiya tətbiqlərindən biri hesab olunur.
Hazırda yeni funksiyada reklam yerləşdirilməsi planlaşdırılmasa da, gələcəkdə bu ehtimal istisna edilmir.