İran ABŞ-nin Küveytdəki hərbi bazalarına pilotsuz təyyarələrlə zərbələr endirib
Operativ Media
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Küveytdə yerləşən iki hərbi bazada ABŞ Silahlı Qüvvələrinə məxsus obyektlərə hücum təşkil etdiyi bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə məlumat İranın dövlət teleradioşirkətinin yaydığı hərbi bəyanatda yer alıb.
Məlumata görə, İran İslam Respublikası Ordusu pilotsuz uçuş aparatlarından istifadə etməklə "Əl-Udayri" düşərgəsindəki hərbi sursat anbarına zərbələr endirib. Bundan əlavə, "Əli əs-Saləm" bazasındakı hərbi texnika saxlanılan anqarların və şəxsi heyətin də hədəfə alındığı qeyd olunub. Bəyanatda ABŞ ordusu "terrorçu ordu" kimi xarakterizə edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net