Ana səhifə / Dünya / Gürcüstan və Türkiyə müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər Gürcüstan və Türkiyə müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər 06.03.2026, 21:19 Operativ Media Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani türkiyəli həmkarı Yaşar Gülərlə telefon danışığı aparıb. Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib. Söhbət zamanı regional təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub. Nazirlər bölgədəki mövcud vəziyyəti və bununla bağlı təhdidləri müzakirə ediblər. Tərəflər regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduqlarını bildiriblər. Qeyd edək ki, İrakli Çikovani bu gün Ermənistanın müdafiə naziri Suren Papikyanla da telefon danışığında eyni məsələləri müzakirə edib.
06.03.2026, 23:59 SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub