Ana səhifə / Dünya / Hindistana məxsus hərbi təyyarə radarlardan itib Hindistana məxsus hərbi təyyarə radarlardan itib 05.03.2026, 23:39 Operativ Media Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "Su-30" qırıcısı Assam ştatındakı Karbi-Anqlonq rayonu üzərində uçuş zamanı radarlardan itib. Operativ Media xəbər verir ki, bu barədə ölkənin HHQ-nin rəsmi nümayəndəsi Mahendra Ravat X-də məlumat yayıb. Qeyd olunub ki, təyyarə ilə Corhatdakı hərbi bazadan qalxdıqdan sonra əlaqə kəsilib. Axtarış-xilasetmə işləri davam edir.