Azərbaycanda daha 69 nəfər COVID-19-a yoluxub
Nərmin Qocamanlı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Operativ Media"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 822 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 339 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər vəfat edib, aktiv xəstə sayı 412 nəfərdir.
Ölkədə son sutka ərzində 2 780, hazırkı dövrədək isə 7 293 381 test aparılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net