Ana səhifə / Cəmiyyət / Sumqayıtdakı dənizkənarı parkda meyit tapılıb Sumqayıtdakı dənizkənarı parkda meyit tapılıb 18.10.2022, 09:01 Sumqayıtda meyit tapılıb. "Operativ Media" xəbər verir ki, hadisə şəhərin dənizkənarı parkında qeydə alınıb. Əraziyə baxış zamanı şəxsiyyəti məlum olmayan kişi meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Şəxsin bir neçə gün bundan öncə öldüyü ehtimal edilir. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılıb.
08.06.2026, 11:11 İlk beş ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib