Menyu

İtaliya mafiyası Ukrayna müharibəsinin qara bazarından PUA sursatı almağa çalışır

Operativ Media
İtaliya mafiyası Ukrayna müharibəsinin qara bazarından PUA sursatı almağa çalışır

İtaliya mafiyası Rusiya-Ukrayna münaqişəsi fonunda qara bazara çıxarılan PUA sursatlarını əldə etməyə cəhd göstərir.

​Operativ Media xəbər verir ki, bu barədə "ANSA" agentliyi Palermonun baş prokuroru Maurisio de Luçiyaya istinadən məlumat yayıb.

​Prokuror cinayətkar qruplaşmaların daha müasir silahlara maraq göstərdiyini bildirib. O qeyd edib ki, hüquq-mühafizə orqanlarında pilotsuz uçuş aparatlarından atılan sursatların alışı ilə bağlı məlumatlar var və bu növ silahlara qarşı hələlik adekvat müdafiə mexanizmi mövcud deyil.

​Xatırladaq ki, bundan əvvəl "Berliner Zeitung" qəzeti də lazımi nəzarət mexanizmləri olmadıqda Ukraynaya verilən silahların Avropada qara bazara çıxa biləcəyi barədə yazmışdı. Nəşrin materialında Ukraynanın yüksək korrupsiya səviyyəsinə malik ölkələrdən biri olduğu və bu səbəbdən hərbi təchizata nəzarətin zəifliyi məsələsinin narahatlıq doğurduğu vurğulanmışdı.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər