Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Operativ Media
Belqrad şəhərində Azərbaycan Respublikası və Serbiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya Respublikasının nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.
Görüş zamanı, iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar.
Siyasi məsləhətləşmələr çərçivəsində, Azərbaycanın regionda dayanıqlı sülh və əməkdaşlığın təşviqi istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin yaratdığı humanitar çağırışlar, eləcə də həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində, F. Rzayev həmçinin Serbiya Respublikası Prezidentinin müşaviri Tatyana Yoviç və Serbiya Respublikası Milli Assambleyasının sədr müavini, Xarici İşlər Komitəsinin sədri Marina Raquş ilə görüşlər keçirib, eləcə də Serbiyanın Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunda tədqiqatçılar və ekspertlərlə təşkil olunmuş dəyirmi masa müzakirələrində iştirak edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net