U-17 dünya çempionatı: Ömər Salmanov 1/4 finala yüksəldi
Operativ Media
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Ömər 1/8 final mərhələsində hindistanlı Avinaş B. Çetakeyə 6:1 hesabıyla qalib gəlib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma