“Sabah”ın futbolçusu: Klub tarixində ilkə imza atdıq
"Sabah" futbol klubunun yarımmüdafiəçisi Aleksey İsayev Finlandiyanın "Kups" komandasına qarşı keçirilən matçdan sonra fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, təcrübəli futbolçu qarşılaşmanın çətin keçdiyini və komandanın məqsədinə çatdığını vurğulayıb.
O, klubun mətbuat xidmətinə açıqlamasında deyib:
"Çox ağır oyun oldu. İlk hissədə meydançaya uyğunlaşmağa çalışırdıq. Açığı birinci hissədə bir qədər istədiyimiz oyunu göstərə bilmədik. Fasilədə baş məşqçimiz bizə lazımi tapşırıqları verdi. Toparlandıq, meydana çıxdıq. Yaratdığımız imkanlardan istifadə etdik və öz futbolumuzu oynamağa başladıq. İndi növbəti rəqibimizi gözləyirik. Klub tarixində ilkə imza atdıq. Şükürlər olsun ki, məqsədimizə çatdıq. Amma bununla kifayətlənməməli, daha irəli getməliyik. Burada və evdə bizi dəstəkləyən bütün azarkeşlərimizə böyük təşəkkürümü bildirirəm. Sizi çox sevirik. Dəstəyiniz üçün minnətdarıq".