Menyu

"Nyukasl" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Əziz Əzizli
"Nyukasl" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

"Nyukasl Yunayted" "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopezi transfer etmək istəyir.

Operativ Media xəbər verir ki, bu haqda jurnalist Xose Alvares Aya "X" sosial şəbəkəsində yazıb.

Mənbənin məlumatına görə, İngiltərə klubu 22 yaşlı ispan üçün 100 milyon avro ödəməyə və futbolçunun maaşını 4 dəfə artırmağa hazırdır.

"Transfermarkt" futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir. Lopezlə "Tottenhem" və "Çelsi" də maraqlanır.

2024/25 mövsümündə Lopez bütün turnirlərdə 46 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər