Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil edib
Əziz Əzizli
Avqustun 24-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Operativ Media xəbər verir ki, imtahanda 250 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net