"Araz-Naxçıvan" Coşqun Diniyevi heyətinə qatdı
Əziz Əzizli
“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Yarımmüdafiəçi ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən C.Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net