Menyu

"Qarabağ" - "Ferensvaroş" matçının biletləri satışa çıxarılıb

Əziz Əzizli
"Qarabağ" - "Ferensvaroş" matçının biletləri satışa çıxarılıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək “Qarabağ” - “Ferensvaroş” (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.

Operativ Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Qeyd edək ki, Bakıdakı cavab matçı avqustun 27-də saat 20:45-də keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər