Premyer liqa klubu "Yuventus"un futbolçusunu transfer etdi
Əziz Əzizli
İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Operativ Media xəbər verir ki, Premyer Liqa təmsilçisi “Yuventus"dan Duqlas Luisi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi satınalma hüququ ilə birlikdə bir illik icarəyə götürülüb.
Luis 2024-cü ildə 51,5 milyon avro qarşılığında “Aston Villa”dan “Yuventus”a keçib. O, Turin klubunda 27 matçda meydana çıxıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma