Fərid Qayıbov Albaniya idman qurumlarının rəhbərləri ilə görüşüb
Əziz Əzizli
Avqustun 20-də gənclər və idman naziri Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani və Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay ilə görüşüb.
Operativ Media xəbər verir ki, görüşdə idman sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və müxtəlif idman növlərinin inkişafına dair məsələlər müzakirə olunub. Həmçinin beynəlxalq yarışların təşkili, əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə də iştirak edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net