Menyu

Şəhriyar Məmmədyarov yeniyetmə şahmatçılara ustad dərsi keçib

Nərmin Qocamanlı
Şəhriyar Məmmədyarov yeniyetmə şahmatçılara ustad dərsi keçib

Azərbaycan Şahmat Federasiyasında yeniyetmələr arasında ölkə çempionatının qalib və mükafatçıları üçün növbəti ustad dərsi təşkil edilib.

Federasiyadan Operativ Media-ya verilən məlumata görə, 8, 10, 12, 14, 16 və 18 yaşlılar arasında Azərbaycan çempionatının qalib və mükafatçıları bu dəfə üçqat Avropa çempionu, uzun illər Azərbaycan millisinin şərəfini qoruyan Şəhriyar Məmmədyarovla görüşüblər.

Şahmata gəlişindən danışan Ş.Məmmədyarov müxtəlif partiyalar nümayiş etdirib, oyun zamanı çətin vəziyyətdən çıxmaq barədə məsləhətlər verib. 3 saatlıq ustad dərsində uşaqlara müxtəlif tapşırıqlar verilib və onların hazırladığı cavab variantları yoxlanılıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov gənclər arasında ikiqat dünya çempionudur. O, həmçinin dünya idmanı tarixində 2800 reytinq xalını toplayan 13 şahmatçıdan biridir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər