"Qarabağ"ın rəqibinin futbolçusu Türkiyə klubuna keçdi
Əziz Əzizli
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"da ayrılıq gerçəkləşib.
Operativ Media xəbər verir ki, Macarıstan təmsilçisinin futbolçusu Adam Traore "Gənclərbirliyi"nə keçib. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Super Liqaya yüksələn kollektiv 30 yaşlı malili vingerlə 2027-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la ilk matçı bu gecə Bakı vaxtı ilə saat 23:00-da səfərdə keçirəcək. Cavab görüşü isə ayın 27-da Bakıda baş tutacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net