Daha bir azərbaycanlı FİFA referisi UEFA-dan təyinat aldı
Əziz Əzizli
Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Çelye” (Sloveniya) - “Banik” (Çexiya) qarşılaşmasının baş hakimi olacaq.
Operativ Media qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Luka Pairetto VAR, digər referimiz Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 21-də Çelye şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net