Azərbaycanlı FİFA referisi KL-in pley-off mərhələsinə təyinat aldı
Əziz Əzizli
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının ilk pley-off matçına təyinat alıb.
Operativ Media qurumun saytına istinadən xəbər verir ki, 37 yaşlı referi "Polissya" (Ukrayna) - "Fiorentina" (İtaliya) matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu (dördüncü hakim) kömək edəcəklər. Matçın VAR hakimi Robert Şröder (Almaniya), AVAR hakimi isə İnqilab Məmmədov (Azərbaycan) təyin edilib.
Qeyd edək ki, oyun avqustun 21-i Slovakiyanın Preşov şəhərindəki "Tatran" stadionunda keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net