Adil Şükürov: “Ələ düşən imkanlardan istifadə edə bilmədik”
Əziz Əzizli
“Ələ düşən imkanlardan istifadə edə bilmədik”.
Operativ Media xəbər verir ki, bunu “Sumqayıt”la oyundan sonra “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.
O bildirib ki, komanda ilk oyunda xal qazanmaq və yaxşı nəticə ilə Gəncəyə qayıtmaq istəyib:
“Amma təəssüf ki, ələ düşən imkanlardan istifadə edə bilmədik. Futbolun yazılmamış qanunu işə düşdü və komandamız qol buraxdı. Daha sonra hücum edərkən əks-hücumdan ikinci qolu buraxdıq. Bunun ardınca futbolçularda ruh düşkünlüyü yarandı və yekunda məğlub olduq”.
Qeyd edək ki, "Kəpəz" səfərdə "Sumqayıt"a 0-3 hesabı ilə məğlub olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net