"Kəpəz" heyətini yeni futbolçularla gücləndirdi
Əziz Əzizli
Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" Raul Məmmədovla Elcan Əbilovu heyətinə cəlb edib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi mövqeyində oynayan Raulun 21 yaşı var. 20 yaşlı Elcan isə yarımmüdafiəçidir. Hər iki oyunçu mövsümün sonuna kimi icarə əsasında "sarı-göylər"in formasını geyinəcək.
Bundan başqa, Gəncə təmsilçisi daha üç futbolçu ilə müqaviləni yeniləyib. Fərid Kələntərov və Arzu Atakişiyevlə 2, Elgün Bayramovla 1 illik anlaşma imzalanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net