Menyu

"Barselona" Kunde ilə müqaviləni 2030-cu ilə qədər uzadıb

Əziz Əzizli
"Barselona" Kunde ilə müqaviləni 2030-cu ilə qədər uzadıb

"Barselona" müdafiəçisi Jül Kunde ilə müqaviləni uzadıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçunun "Barselona" ilə yeni müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir. Əvvəlki müqavilə 2027-ci ilin iyun ayına kimi qüvvədə idi.

Kunde "Barselona"ya 2022-ci ildə "Sevilya"dan keçib. O, kataloniyalıların heyətində bütün yarışlarda 141 oyun keçirib, 7 qol vurub və 18 məhsuldar ötürmə edib. "Barsa" ilə müdafiəçi iki dəfə La Liqanın, İspaniya kubokunun qalibi olub və iki dəfə İspaniya Superkubokunu qazanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər