Menyu

“Kəpəz” PFK-də struktur dəyişiklikləri baş tutub

Əziz Əzizli
“Kəpəz” PFK-də struktur dəyişiklikləri baş tutub

“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətində aparılan struktur dəyişiklikləri nəticəsində klubun rəhbərliyində yeniliklər həyata keçirilib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Adil Vəliyev İdarə Heyətinin yeni sədri təyin olunub.

Fərman Əlizadə, Erkin İbrahimov və Afiq Süleymanov İdarə Heyətinin üzvləri kimi fəaliyyətlərini davam etdirəcəklər. E.İbrahimov şəxsi istəyi ilə müşavirlik vəzifəsindən azad olunmasını xahiş edib və bu, İdarə Heyətinin sədri tərəfindən qəbul olunub. 

Yeni struktur çərçivəsində İlqar Nadiri əməliyyatlar üzrə rəhbər təyin olunub. Eyni zamanda, İcraçı direktor və Akademiyanın direktoru vəzifələri ləğv edildiyindən Cabir İbrahimovla yollar ayrılıb.

Bundan əlavə, klubun mətbuat katibi Azad Mustafayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər