"Xankəndi" FK daha bir transferini açıqladı
Əziz Əzizli
İkinci Liqada debüt etməyə hazırlaşan “Xankəndi” futbol klubu, daha bir futbolçu ilə anlaşıb.
Operativ Media xəbər verir ki, Qarabağ təmsilçisi Müşfiq Teymurovla 1 illik müqavilə imzalayıb.
Təcrübəli futbolçu karyerası ərzində “Qəbələ”, AZAL, “Şəmkir”, “Xəzər” (Bakı), MOİK, “Karvan” və “Qaradağ Lökbatan” klublarının şərəfini qoruyub.
Qeyd edək ki, Müşfiq Teymurov “Qəbələ”nin heyətində ölkə birinciliyinin bürünc və Azərbaycan Kubokunun gümüş mükafatçısı, Bakının “Xəzər” klubunun heyətində isə, çempionatın qızıl medalçısı olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net