"Bayer" niderlandlı yarımmüdafiəçi transfer etdi
Əziz Əzizli
"Bayer" yarımmüdafiəçisi Ernest Poku ilə müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı niderlandlı "Az Alkmaar"dan transfer edilib.
2024/25 mövsümündə Poku bütün yarışlarda 42 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun keçmiş klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir.
"Transfermarkt" futbolçunun transfer dəyərini 4 milyon avro qiymətləndirir.
Alman klubunun yeni futbolçu ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net