Menyu

"Qarabağ" braziliyalı hücumçu transfer edir

Əziz Əzizli
"Qarabağ" braziliyalı hücumçu transfer edir

"Qarabağ" hücumçu transferini reallaşdırmağa yaxındır.

Operativ Media Sportal.az saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Andre Klovis məsələsində xeyli irəliləyiş əldə edib.

Belə ki, uzun müddətdir “Qarabağ” braziliyalı hücumçunun transferi üçün danışıq aparır. Məlumata görə, Qurban Qurbanovun sərəncamında görmək istədiyi Klovisi yola gətirmək mümkün olub. Hətta yaxın vaxtlarda tərəflərin yekun razılığa gələcəyi də gözlənilir.

Əgər keçid reallaşsa, hətta “Qarabağ”ın onu avrokubok matçlarında növbəti mərhələ oyunları üçün sifariş edə biləcəyi də ehtimal olunur.

27 yaşlı forvard müqavilə ilə “Akademika Vizeu”ya məxsusdur. Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Klovis karyerası ərzində “İnternasional”, “Leykşoeş”, “Eştoril” klublarında oynayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər