Avropada qazın qiyməti ilin ilk yarısında 11% artıb
Avropada yanvar-iyun ayları üçün orta qaz qiyməti 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 1000 kubmetr üçün təxminən 515 dollara çatıb.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu rəqəm də 2025-ci ilin ikinci yarısının göstəricilərini 35% üstələyib.
Bundan əlavə, iyun ayında Avropada qazın qiyməti may ayı ilə müqayisədə 6% azalsa da, 2025-ci ilin iyun ayının orta qiymətlərindən 22% yüksək olub.
Mayın 29-da qaz fyuçersləri min kubmetr üçün təxminən 554 dollardan ticarət olunsa da, 30 iyunda ticarət təxminən 510 dollardan bağlanıb ki, bu da ötən ayın sonundan 8% aşağıdır.
2026-cı ilin birinci rübündə Avropa mərkəzlərində qazın qiyməti 1000 kubmetr üçün 481 dollar, ikinci rübdə isə 550 dollar təşkil edib.
2025-ci ilin yanvar ayında Avropada qazın orta qiyməti 1000 kubmetr üçün təxminən 517 dollar (2024-cü ilə nisbətən illik müqayisədə 53% artım), fevral ayında - 542 dollar (88% artım), mart ayında - 467 dollar (55% artım), aprel ayında - 409 dollar (28% artım), mayda - 412 dollar (15% artım), iyun ayında - 439 dollar (14% artım), iyul ayında - 410 dollar (12% artım), avqust ayında - 394 dollar (10% azalma), sentyabr ayında - 393 dollar (5,5% azalma), oktyabr ayında - 384 dollar (16% azalma), noyabr ayında - 368 dollar (25% azalma), dekabr ayında - 334 dollar (32% azalma), 2026-cı ilin yanvar ayında - 415 dollar (20% azalma), fevral ayında - 396 dollar (27% azalma), mart ayında - 632 dollar (35% artım), aprel ayında - 544 dollar (33% artım), mayda - 570 dollar (39% artım), iyun ayında - 534 dollar (artıq) 22%) olub.