"Çelsi" və PSJ-nin sabiq müdafiəçisi Kipr klubuna keçdi
Əziz Əzizli
Braziliyalı müdafiəçi David Luiz Kiprin "Pafos" klubuna transfer olunub.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı braziliyalı ilə müqavilə 2027-ci ilin yayına kimi qüvvədədir. Müdafiəçi kluba azad agent kimi keçib.
David Luiz Avropada “Benfika”, “Çelsi”, PSJ və “Arsenal”da çıxış edib. O, karyerası ərzində İngiltərə çempionu və üç dəfə ölkə kubokunun qalibi, iki dəfə çempionatın və Fransa kubokunun qalibi olub, həm də “Çelsi” ilə Çempionlar Liqasının qalibi olub.
2025-ci ilin yanvarından David Luiz “Fortaleza”da çıxış edir. O, Braziliya klubunun heyətində 17 matçda iştirak edib və 4 sarı vərəqə alıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net