"Turan Tovuz" bu gün Albaniya klubu ilə qarşılaşacaq
Şəfa Hüseynli
Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" komandası növbəti yoxlama oyununu bu gün keçirəcək.
Operativ Media xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv Albaniya təmsilçisi "Flamurtari" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Türkiyənin "Keçiörengücü" (0:0) və "Çorum" (1:1) klubları ilə heç-heçə edib. Komanda avqustun 5-də Mərakeş təmsilçisi "Vidad"la qarşılaşacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net