Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Əziz Əzizli
Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2025-ci il avqust ayına olan reytinq cədvəlini açıqlayıb.
GİN-in mətbuat xidmətindən Operativ Media-ya bildiriblər ki, siyahıya 330 xalla cüdoçu Zelim Tçkayev başçılıq edir. Azərbaycanın digər cüdoçuları Zelim Kotsoyev və Elcan Hacıyev isə müvafiq olaraq, ikinci və üçüncü pillələrdə qərarlaşıblar.
Reytinq cədvəlində, həmçinin Rəşid Məmmədəliyev (cüdo), Uşanqi Kokauri (cüdo), Nikita Simonov (kişi idman gimnastikası), Qurban Qurbanov (yunan-Roma güləşi), Giorgi Meşvildişvili (sərbəst güləş), Həsrət Cəfərov (yunan-Roma güləşi) və Nihat Məmmədli (yunan-Roma güləşi) yer alıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net