UEFA reytinqi: Azərbaycan Rusiyanı qabaqladı
Əziz Əzizli
“Qarabağ”ın ötən gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın “Şelburn” klubunu məğlub etməsi (1:0) Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir edib.
Operativ Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda aktivində 18.375 xal olan ölkəmiz 1 pillə irəliləyərək 28-ci sıraya yüksəlib. Azərbaycan bu nəticə ilə Rusiyanı geridə qoyub.
Müəyyən səbəblərə görə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu pilləyə geriləyib.
Qeyd edək ki, UEFA reytinqinə 94.839 xalla İngiltərə başçılıq edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net