Kreml: Türkiyə danışıqlar prosesində bütün tərəflər tərəfindən bir platforma kimi bəyənilir
Əziz Əzizli
Türkiyə Ukraynadakı vəziyyətin həlli ilə bağlı danışıqlar prosesində iştirak edən bütün tərəflər üçün populyar platformadır.
Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Türkiyə, şübhəsiz ki, danışıqlar prosesinin bütün iştirakçıları tərəfindən müsbət qarşılanır. Biz Ankaraya və Türkiyə rəhbərliyinə Ukrayna ətrafındakı vəziyyətin həllinə dair yolların tapılması üçün göstərdiyi səylərə, eləcə də danışıqların aparılması üçün yaratdığı şəraitə görə minnətdarıq. Əlbəttə ki, bu məsələyə münasibətimiz Kreml daxilində gizli qalmayıb”, – deyə Peskov vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma