Menyu

Yaponiya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

Operativ Media
Yaponiya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

Yaponiya hökuməti Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər siyasətini davam etdirmək niyyətindədir, lakin eyni zamanda qonşu ölkə kimi Moskva ilə fikir mübadiləsini sürdürmək istəyir.

Operativ Media xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi Tokioda keçirilən mətbuat konfransında bəyan edib.

​Nazir Manilada rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə etdiyini diqqətə çatdırıb. Moteqi vurğulayıb ki, G7-nin ümumi xəttinə uyğun olaraq sankiyalar dəyişməz qalır, lakin milli maraqlara söykənən qonşuluq əlaqələrinin idarə olunması və Hökumətlərarası dialoqun saxlanılması vacibdir.

​Yaponiyanın xarici siyasət idarəsinin rəhbəri, həmçinin Kuril adalarının cənub hissəsi ilə bağlı iddiaları və balıqçılıq sahəsindəki məsələlərin əhəmiyyətini xatırladıb. O, avqust ayından etibarən yapon tələbələrin Rusiyaya qısamüddətli təcrübə proqramlarının bərpa olunacağını bildirərək, bəzi ərazilər istisna olmaqla, Rusiya ərazisində vəziyyətin sabit olduğunu vurğulayıb.

​Qeyd edək ki, iyulun 21-də Manilada baş tutan görüş Rusiya və Yaponiya XİN rəhbərləri arasında 2022-ci ilin fevralından beri ilk təmas olub.

​Bununla belə, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko daha əvvəl bildirib ki, Tokio "Qərb həmrəyliyi" naminə sanksiya addımları atıb və münasibətlərin düzəlməsi üçün ilk addımı ataraq düşmənçilik siyasətindən imtina etməlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər