İran və İraq arasında dörd əməkdaşlıq sənədi imzalanıb
İran və İraq arasında münasibətlərin inkişafı məqsədilə dörd əməkdaşlıq sazişi və anlaşma memorandumu imzalanıb.
Operativ Media xəbər verir ki, sənədlər İraqın Baş naziri Əli Falih əl-Zeydinin Tehrana rəsmi səfəri çərçivəsində, İran Prezidenti Məsud Pezeşkian və İraqın Baş nazirinin iştirakı ilə imzalanıb.
İmzalanan sənədlər yük daşımaları üzrə avtomobil nəqliyyatı haqqında sazişi, Xosrəvi–Xaneqin–Bağdad dəmir yolunun tikintisinə dair anlaşma memorandumunu, Tehran və Bağdad şəhərlərinin qardaşlaşması haqqında memorandumunu, həmçinin dövlət idarəçiliyi, təlim və insan resursları sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu əhatə edir.
Bildirilib ki, sənədlər iki ölkə arasında nəqliyyat, idarəetmə və regional əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.