Menyu

Kolumbiya Futbol Federasiyası baş məşqçi Nestor Lorenso ilə müqaviləni yeniləyib

Operativ Media
Kolumbiya Futbol Federasiyası baş məşqçi Nestor Lorenso ilə müqaviləni yeniləyib

Kolumbiya Futbol Federasiyası (FCF) milli komandanın baş məşqçisi Nestor Lorenso ilə yeni müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında bağlanan yeni razılaşmanın müddəti barədə təfərrüat açıqlanmayıb.

​Federasiyanın bəyanatında bildirilib ki, bu addımla qurum mütəxəssisin yığmanın sükanı arxasında gördüyü texniki işlərə tam dəstəyini bir daha təsdiqləyir.

​60 yaşlı argentinalı mütəxəssisin rəhbərliyi altında Kolumbiya seçməsi 2024-cü il Amerika Kubokunda gümüş medallara sahib çıxıb. Yığma 2026-cı il dünya çempionatında isə 1/8 final mərhələsinədək irəliləyib və bu mərhələdə İsveçrəyə penaltilər seriyasında məğlub olub (0:0, 3:4).

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər